Romada Azərbaycan multikulturalizminə dair beynəlxalq konfrans keçirilib

Romada Azərbaycan multikulturalizminə dair beynəlxalq konfrans keçirilib
18:29 23 Aprel 2015
65 Sosial
Ölkə mətbuatı
A- A+

 

Vatikanın Romadakı Pontifiçia Salesiana Universitetində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) "Nodo di Qordiyo" "beyin mərkəzi" və Azərbaycanın İtaliyadakı səfirliyinin birgə təşkilatçılığı ilə "Azərbaycan multikulturalizmi və Qafqaz Albaniyası (udilər)" mövzusunda beynəlxalq konfrans keçirilib. Mərkəzdən Lent.az-a verilən məlumata görə, əvvəlcə konfrans iştirakçıları Romanın məşhur “Villa Borghese” parkında dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsini ziyarət ediblər.

 

Tədbiri açan universitetin prorektoru Canfranko Koffele çıxış edərək təhsil ocağının fəaliyyətindən və beynəlxalq əlaqələrindən danışıb. Bildirib ki, universitetdə belə aktual bir mövzuda tədbirin təşkili tələbələrin müvafiq istiqamətdə məlumatlandırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Konfransda çıxış edən səfir Vaqif Sadıqov müzakirə edilən mövzunun Azərbaycan üçün prioritet məsələlərdən biri olduğunu bildirib.

 

BBMM-in icraçı direktoru Azad Məmmədov çıxış edərək qurumun fəaliyyəti və Azərbaycandakı multikultural mühit barədə məlumat verib. Vurğulayıb ki, prezident İlham Əliyevin fərmanı ilə belə bir Mərkəzin yaradılması ölkəmizdə mutikulturalizm dəyərinə verilən önəmin göstəricisidir. Konfransda “Multikultural təhlükəsizlik və onun əsas prinsipləri” mövzusunda çıxış edən BBMM-in analitik şöbəsinin müdiri Nəriman Qasımzadə belə bir tədbirin keçirilməsinin bir müddət əvvəl Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevin İtaliyadakı yerli mütəxəssislərlə görüşlərində müzakirə olunduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, son zamanlar multikultural təhlükəsizlik anlayışı ölkəmizin milli təhlükəsizliyi kontekstində mühüm yer tutur. 




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/200359

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR