U-17 qələbə qazanıb

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası bu gün “Sumqayıt”ın U-19 komandası ilə qarşılaşmadan 4:0 hesablı qələbə ilə ayrılıb. U-17-nin qollarını Veysəl Rzayev, Samir Abdullayev, Valeh Qəhrəmanlı və Rauf Məhərrəmov vurub.

Mətbuat.az-ın verdiyi xəbərə görə U-17-nin baş məşqçisi Ramin Quliyev oyunla bağlı affa.az-a açıqlamasında komandanın Avropa çempionatının seçmə mərhələsinə hazırlıq məqsədilə növbəti təlim-məşq toplanışına başladığını deyib. O, "Vaxtımız çox azdır. Seçmə mərhələyə qədər futbolçuların idman formasını yaxşılaşdırmalıyıq. Bu toplanışdan sonra Ukrayna ilə səfərdə iki yoldaşlıq oyunu keçirəcəyik. Təbii ki, Azərbaycanda belə səviyyədə rəqib tapmaq olmur. Ukraynanın seçmə mərhələdə qarşılaşacağımız rəqiblərlə eyni səviyyədə olması bizə yaxşı təcrübə qazandıracaq. Bu gün də həmin qarşılaşmalarda istifadə edəcəyimiz taktiki gedişləri oyunçulara aşılamağa çalışdıq. İstədiklərimizin bəzilərini həyata keçirə bildik. Yaxşı alınan gedişləri daha da inkişaf etdirməyə, səhvlərimizin üzərində isə işləməyə davam edəcəyik”, - deyə bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR