Çində uşaq alveri ilə məşğul olan 6 dəstə ifşa olunub

19:18 23 Aprel 2015
28 Dünya
Ölkə mətbuatı
A- A+



Pekin, 23 aprel, AZƏRTAC
Çinin hüquq mühafizə orqanları ölkədə uşaq oğurlanması və satılması ilə məşğul olan 6 dəstəni ifşa edib. Ümumilikdə, 171 nəfərin şübhəli şəxs qismində saxlanıldığı əməliyyat nəticəsində həmin dəstələrin girov götürdükləri 64 uşaq azad edilib.
Çin İctimai Təhlükəsizlik Nazirliyinin məlumatına görə, ötən ilin sonundan başlayan əməliyyat Xebey, Şansi, Şandun, Xınan, Sıçuan və Şensi əyalətlərini əhatə edib.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/CHinde_usaq_alveri_ile_mesgul_olan_6_deste_ifsa_olunub-849184

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR