Səudiyyənin Yəmənə atdığı nəhəng bomba - FOTO

Səudiyyənin Yəmənə atdığı nəhəng bomba - FOTO
22:52 23 Aprel 2015
53 Dünya
Ölkə mətbuatı
A- A+

Səudiyyə və müttəfiqləri Səna şəhərinə ABŞ istehsalı sığınacaq əleyhinə olan GBU-57 raketindən istifadə edib
 
Milli.Az İslamazeri.az-a istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanı aprelin 20-də Səna şəhərini bombardıman edərkən ağır tonajlı raketdən istifadə edib. Belə ki, bu raket yeraltı tunelləri, sığınacaqları, dağlıq ərazilərdə yerləşən mağaraları partladmaq üçün nəzərdə tutulub. 
 
GBU-57 raketi İsrail alqoritmləri əsasında “Boeing” şirkəti tərəfindən 2007-ci ildə hazırlanmağa başlanılıb. Layihənin dəyəri 400 milyon ABŞ dolları olub. GBU -57 bunker əleyhinə raket 2013-cü ildə ABŞ ordusunun silahlanmasına daxil edilib. GBU-57 raketi 5,9 m uzunluğa və 13,5 ton çəkiyə malikdir. 
 
Rəsmi məlumatlara görə, raket ümumi olaraq 57 m dərinliyə və hətta 8 m super beton qatı (10000 psi dözümlü super betonu, yəni hər 2,5 sm-ə 689 atmosfer təzyiqə davamlı) qalınlığına malik olan hədəfləri vurmaq qabiliyyətinə malikdir. Raketin döyüş başlığının çəkisi 2,5 tondur. Bombada olan kimyəvi yanacaq insan həyatı üçün təhlükəlidir. Partlayış zamanı ayrılan qazlar insanların ölümünə səbəb olur.
 
Raketin qiyməti 17 milyon ABŞ dollarıdır. ABŞ və İsrail bu raketi birlikdə İran nüvə obyektlərini vurmaq məqsədi ilə hazırlayıb. Səudiyyə Ərəbistanı ilk dəfə olaraq GBU-57 raketini hərbi vəziyyətdə istifadə edib. Səna şəhərində bu raketin partladılmasından sonra yeraltı təkanlar hiss edilib. GBU-57 raketi B-2 radarlardan gizli qala bilən stels texnologiyalı təyyarələrdən və B-52 bombardımanlarından istifadə edilərək atılır.
 
Milli.Az






Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/335633.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR