Ərdoğan və Putin

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfər edib.

Metbuat.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin Soçidə Dövlət Başçısı Binasında görüşüb. Görüşdən əvvəl açıqlama verən Ərdoğan bildirib ki, siyasi, hərbi, iqtisadi və digər bir çox sahələrdə fikir mübadiləmiz bir-birimizi gücləndirəcək səviyyədədir: “Soçidəki görüşün açıqlaması inanıram ki, bölgəyə çox daha fərqli ümid verəcək. Regional məsələlərdəki fikirlərimiz də bölgəyə ümid edir. İnanıram ki, indi təkcə bölgənin deyil, ümumilikdə dünyanın gözü Soçidədir”.

Rusiya prezidenti Vladimir Putin də Ərdoğanla davamlı görüşlər keçirdiklərini, bir il əvvəl Soçidə görüşdüklərini xatırladıb: “Danışacağımız çox mövzu var, bəziləri qarışıq mövzulardır. Onları həm nəzərdən keçirəcəyik, həm də həlli yollarını axtaracağıq. Bizim münasibətlərimiz müsbət və davamlı şəkildə inkişaf edir. Münasibətlərimiz regional təhlükəsizlik baxımından da inkişaf edir. Bundan əlavə, beynəlxalq siyasətlə olan əlaqələr də genişlənir.

Qeyd edək ki, iki ölkə arasındakı geniş tərkibli görüşdən sonra mətbuata birgə açıqlama veriləcək. Ərdoğan və Putin görüşlərdə, Türkiyə-Rusiya ikitərəfli əlaqələri, siyasi, iqtisadi və enerji məsələlərini müzakirə edəcək, eyni zamanda bir çox regional və beynəlxalq məsələləri, xüsusilə də Suriya məsələsilə bağlı fikir mübadiləsi aparacaqlar.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR