Ukrayna Rusiya ilə “Dostluq Sazişi”ni ləğv etdi

Ukraynanın prezidenti Petro Poroşenko "Ukrayna ilə Rusiya arasında Dostluq, Əməkdaşlıq və Birlik Sazişinin" ləğvinə dair fərman imzalayıb.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, Poroşenkonun fərmanı Ukrayna prezidentinin saytında dərc olunub.

Ukrayna Prezidentinin Mətbuat Xidmətindən verilən yazılı şərhdə deyilir ki, fərman Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası tərəfindən həmin Sazişin uzadılmaması ilə bağlı verilən 6 sentyabr 2018-ci il tarixli qərarı təsdiqləmək üçün imzalanıb.

Qeyd edək ki, Rusiya və Ukrayna arasında 31 may 1997-ci ildə imzalanmış müqavilə iki ölkə arasındakı əlaqələrin əsas razılaşmalarından biri sayılır və iki ölkəni “strateji tərəfdaş” kimi müəyyənləşdirirdi.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR