İsraildən Rusiyaya cavab: “Günahkar Əsəd rejimi, İran və Hizbullahdır”

İsraildən Rusiyaya cavab: “Günahkar Əsəd rejimi, İran və Hizbullahdır”
16:58 18 Sentyabr 2018
80 Digər
Ölkə mətbuatı
A- A+

İsrail Rusiyanın Suriyada təyyarəsinin vurulmasına görə onu günahlandırmasına münasibət bildirib.

Publika.az
xəbər verir ki, İsrail hadisəyə görə Əsəd rejimi, İran və Hizbullahın günahkar olduğunu açıqlayıb.

“Suriya ordusu Rusiya təyyarəsini vuran raketləri atanda bizim təyyarələrimiz İsrail hava sahəsinə daxil olmuşdu. Lazkiyədə hədəfə hava hücumu zamanı daha sonra vurulan Rusiya təyyarəsi əməliyyat bölgəsində yox idi. Görünür, Suriya raketləri atanda hava sahəsində Rusiya təyyarəsinin olub-olmadığını yoxlamayıb. İsrail hadisənin əsl səbəbkarının ortaya çıxarılması üçün bütün məlumatları Rusiya hökuməti ilə paylaşacaq”, - deyə İsrail ordusunun yaydığı açıqlamada deyilir.

Qeyd edək ki, bu gün Suriyada Rusiya təyyarəsi radardan itib. Sonradan məlum olub ki, Əsəd rejiminin İsrail təyyarəsinə atdığı raket Rusiya təyyarəsinə dəyib. Nəticədə 15 heyət üzvü ilə birlikdə təyyarə məhv olub. Rusiya hadisəyə görə İsraili ittiham edir.

Asif


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neareast/253744.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR