Azərbaycana məxsus 30-dan çox meyvə dolu yük avtomobili Rusiya gömrüyü tərəfindən bu ölkəyə buraxılmayıb.

Milli.Az-ın "xəzərxəbər"ə istinadən xəbər verir ki, onların saxlanmasına səbəb daşıdıqları yükün normadan artıq olmasıdır.

Sürücülər iddia edirlər ki, onların bəzilərinin yükü normadan 20 kq, bəzilərinin yükü isə 50-100 kq artıqdır.

Sürücülər geri qayıtmaq istəsələr də, Rusiya tərəfi onlara icazə verməyib. Buna görə sürücülər yük maşınlarında olan meyvələrin qısa zamanda məhv olacağından narahatdırlar.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Azərbaycandan Rusiyaya gedən onlarla yük maşını saxlanıldı - VİDEO Azərbaycandan Rusiyaya gedən onlarla yük maşını saxlanıldı