BMT-nin Suriya nümayəndəsi Türkiyə və Rusiyaya təşəkkür edib

Birləşmiş Millətlər Təşkilatının (BMT) Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura BMT Təhlükəsizlik Şurasına Suriyadakı siyasi vəziyyət barədə məlumat verib.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, Soçi sammitində əldə olunan İdlib razılığı ilə 3 milyon vətəndaşın qorunacağını bildirən Mistura Rusiya və Türkiyəyə təşəkkür edib: “Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana fərdi olaraq bu məsələ ilə məşğul olduqları üçün təşəkkür edirəm. Soçidəki görüşdə çox əhəmiyyətli nəticə əldə etdik. Bu müqavilənin tezliklə həyata keçiriləcəyini ümid edirik”.

İdlib böhranının qarşısını almaq üçün tədbir görüldüyünü, ancaq narahatlıq verəcək başqa hərbi əməliyyatların həyata keçirildiyini deyən Mistura, Suriyada Rusiya təyyarəsinin vurulmağına da diqqət çəkib. Mistura bütün tərəflərə ağır nəticələr doğuracaq böhrandan, gərginliyi daha da artıracaq hərbi əməliyyatlardan uzaq qalmaq çağırışını edib.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR