Şimali və Cənubi Koreya arasında

Şimali Koreya lideri Kim Çen Inla Cənubi Koreya prezidenti Mun Ce-in arasında Pxenyanda keçirilən sammitin nəticələrinə əsasən birgə sənəd imzalanıb.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, imzalanma mərasimi “Pekhvavon” dövlət iqamətgahında keçirilib. Şimali və Cənubi Koreya liderləri ikitərəfli münasibətləri normallaşdırmaq, nüvəsizləşdirmə tədbirlərini davam etdirmək, mümkün sahələr üzrə əməkdaşlıq qurmaq, iki azad iqtisadi zona yaratmaq barədə razılıq əldə ediblər.

Bundan əlavə, birgə hərbi komissiya, sülh zonası yaradılması haqqında da razılıq əldə olunub və müvafiq sənədlər imzalanıb.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR