Gəncədə 5 nəfər dəm qazından zəhərlənib

09:57 13 Yanvar 2015
142 Digər
Ölkə mətbuatı
A- A+

[ 13 Yanvar 2015 09:53 ]


Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhərində 5 nəfər dəm qazından zəhərlənib.

 

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, Gəncə şəhəri Alüminium zavodu bağ sahəsində yaşayan, 1980-ci il təvəllüdlü Məmmədzadə Gilas Qorki qızı, Nəriman Nərimanov prospektində yaşayan 1976-cı il təvəllüdlü Nəbiyeva Sayalı Sədrəddin qızı və 1996-cı il təvəllüdlü Nəbiyev Nicat Nəbi oğlu, Mehdi Hüseynzadə küçəsində yaşayan 1964-cü il təvəllüdlü Məmmədova Zərqələm Hilal qızı və 1969-cu il təvəllüdlü Məmmədzadə Zəhra Hilal qızı dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdiriliblər. Tibbi yardım edildikdən sonra zəhərlənənlərin vəziyyəti normallaşıb.

 

Araşdırma zamanı məlum olub ki, onlar yaşadıqları evlərin vanna otağında dəm qazından zəhərləniblər.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368851

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR