"Habl" kosmosda fəaliyyətinin 25-ci ildönümü qeyd edir

"Habl" kosmosda fəaliyyətinin 25-ci ildönümü qeyd edir
08:56 24 Aprel 2015
28 Dünya
Ölkə mətbuatı
A- A+

Amerikanın "Habl" kosmik teleskopunun kosmosda fəaliyyətinin 25-ci ildönümü qeyd edilir.

ANS PRESS-in məlumatına görə, 25 il əvvəl kosmik məkanın sirlərini daha da dərindən öyrənmək məqsədilə sonsuz dərinliklərə doğru yola çıxan "Habl" öz fəaliyyəti ərzində Amerikanın kosmik araşdırmalar şirkəti NASA-ya minlərlə fotoşəkil göndərib.

Yerin atmosfer qatı həmişə astronavtların daha uzaqda olan ulduz və göy cismlərini müşahidə etməsinə əngəl törədib. Belə bir müşahidə cihazının kosmosa buraxılması üçün yaranan əsas zərurətlərdən biri də məhz budur.

"Habl" kosmosun genişləndiyini aşkar edən amerikalı astronavt Edvin Hablın şərəfinə adlandırıb. Əsas obyektivinin diametri 2 metr yarımdır. "Habl" sayəsində indiyə qədər Plutonun səthinin xəritəsini çəkmək, Saturn və Yupiter üzərində qütb işıqlarını izləmək, Yerin dəqiq yaşını müəyyən etmək və Neptunun daha bir peykini aşkarlamaq mümkün olub.

Teleskopun 2020-ci ilə qədər fəaliyyət göstərəcəyi planlaşdırılır.
Mənbə
Associated Press



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=340069

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR