[ 24 Aprel 2015 09:34 ]
Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Bakının Sabunçu və Xəzər rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, qaz təchizatının yaxşılaşdırılması məqsədilə kəmərlər üzərində qaz tənzimləyici qurğuların quraşdırılması və yeni çəkilmiş qaz xəttinin mövcud mənbəyə birləşdirilməsi ilə əlaqədar bu gün saat 10:00-dan 18:00-dək Sabunçu rayonunun Nardaran qəsəbəsinə, Maştağa qəsəbəsinin bir hissəsinə, 2-ci sovxoz və Lahıc bağları adlanan yaşayış sahələrinə, həmçinin Xəzər rayonunun Pirallahı qəsəbəsinə təbii qazın verilişində fasilələr yaranacaq.