Vyetnam prezidentinin ölüm səbəbi

Bu gün 62 yaşında vəfat edən Vyetnam prezidenti Çan Day Kuanqın ölüm səbəbi məlum olub.

Metbuat.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, Vyetnam Səhiyyə Nazirliyinin nümayəndəsi bildirib ki, prezidentin ölümünə səbəb tam müalicəsi mümkün olmayan nadir virus xəstəliyi olub. Bildirilib ki, Vyetnam prezidenti bu xəstəliyə 2017-ci ilin iyul ayında yoluxub və həmin dövrdən bəri müalicə üçün 6 dəfə Yaponiyaya gedib.

Çan Day Kuanqın səhhəti ötən gün ağırlaşıb və xəstəxanaya yerləşdirilib. Bu gün səhər saatlarında isə vəfat edib.

Qeyd edək ki, Çan Day Kuanq 12 oktyabr 1956-cı ildə anadan olub. O, 2016-cı il aprelin 2-dən Vyetnam prezidenti idi. O, dövlət başçısı olmamışdan əvvəl ictimai təhlükəsizlik naziri olub.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR