Minlərlə insan qorxub: hər tərəf küldür - FOTO

Minlərlə insan qorxub: hər tərəf küldür - FOTO
09:57 24 Aprel 2015
44 Dünya
Ölkə mətbuatı
A- A+

Çilidə Kalbuko vulkanının püskürməsi nəticəsində ətraf şəhər və qəsəbələrdəki təxliyyə daha da sürətlənib. Vulkan ətrafındakı 20 kilometrlik ərazi yasaq zona elan olunub.
 
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, artıq 6 min insan təxliyyə olunub.
Püskürmə zonasında bütün sərnişin təyyarələrinin uçuşları yasaqlanıb.
 
Vulkan Çilinin mərkəzi hissəsində, Puerto-Varas və Puerto-Mont şəhərlərinin yaxınlığında yerləşir.
Çilidə potensial ən təhlükəli 3 vulkandan biri sayılan Kalbuko son dəfə 1972-ci ildə püskürmüşdü.
 
Hakimiyyət dairələri əhalini panikaya düşməməyə çağırsa da, yerli sakinlər təşviş içindədirlər.
"Əvvəlcə kül buludu az idi. Amma sonra böyüdü və nəhəng oldu. Əsl dəhşət başlandı. Həyatımda ilk dəfə belə qorxmuşdum", - yerli sakinlərdən biri deyib.
 
Kalbukonun aktivliyi ötən ay Çilidəki Vilyarikka vulkanının püskürməsindən də güclüdür.
 
Milli.Az
 





























Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/336245.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR