“Türkiyə ilə bölgənin sərhədləri barədə razılığa gəlmişik”

Rusiya xarici işlər naziri Sergey Lavrov Bosniya və Herseqovinanın paytaxtı Sarayevada rəsmi görüşlər zamanı vacib açıqlamalar verib.

Metbuat.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, Lavrov bildirib ki, Fəratın şərqindəki PKK/YPG terror təşkilatı Suriya üçün təhlükəlidir:

“Suriyanın ərazi bütövlüyü üçün ən böyük təhlükə ABŞ-ın dəstək verdiyi Fəratın şərqindəki bölgədir”.

Nazir qeyd edib ki, Rusiya və Türkiyə hərbi rəsmiləri İdlibi silahsızlaşdıracaq bölgənin sərhədləri barədə razılığa gəliblər.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR