Azərbaycanda teplovoz aşıb - Bakıya gələn qatarlar gecikir, sərnişinlərin halı pisləşib

Azərbaycanda teplovoz aşıb - Bakıya gələn qatarlar gecikir, sərnişinlərin halı pisləşib
10:05 22 Sentyabr 2018
169 Ölkə
Ölkə mətbuatı
A- A+

Dəmir yolu ilə ölkənin qərb istiqamətindən Bakıya gələn qatarların hərəkət qrafikində böyük gecikmə var.

Milli.Az xəbər verir ki, Böyük Kəsikdən, Qazaxdan və Tbilisidən Bakıya gələn qatarların hərəkətin çox böyük gecikmə var. Bakıya gələn sərnişinlərin qohumlarının Milli.Az-a bildirdiyinə görə, gecikmə çox uzun çəkdiyindən qatarlarda bəzilərinin halı da pisləşib.

Bakı Sərnişin Stansiyasından qohumlarını gözləyənlərə bildiriblər ki, gecikmə ən azı 4-5 saat təşkil edəcək.

"Azərbaycan Dəmir Yolları" QSC-dəki mənbələrdən Milli.Az-a verilən məlumata görə, gecikmə dəmir yolunda baş vermiş qəza ilə əlaqədardır. Belə ki, ötən gecə ucar rayonu Müsüslü kəndi ərazisində hərəkət edən qatarlardan birinin teplovozu yoldan çıxaraq aşıb. Qəzanın nəticələri aradan qaldırıldıqdan sonra qatarların hərəkəti bərpa edilib.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova Milli.Az bildirib ki, az sonra ictimaiyyətə hadisə ilə bağlı geniş şəkildə rəsmi məlumat veriləcək.

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/687744.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR