Ərdoğan sabah ABŞ-a səfər edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 23-də ABŞ-a səfər edəcək.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, Ərdoğan BMT Baş Assambleyasının 73-cü sessiyasında iştirak edəcək. Sentyabrın 27-dək davam edəcək Nyu-York səfəri çərçivəsində Ərdoğanın çoxlu sayda dövlət və hökumət başçıları ilə təkbətək görüşləri gözlənilir.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR