“Tramp Həsən Ruhani ilə görüşmək istəyir”

ABŞ prezidenti Donald Tramp bu həftə keçiriləcək BMT-nin Baş Məclisinin 73-cü sessiyası çərçivəsində İran prezidenti Həsən Ruhani ilə görüşmək istəyir.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu “NBC” televiziyasına müsahibəsində ABŞ Dövlət katibi Mayk Pompeo deyib. Onun sözlərinə görə, bu görüş istəyi İran prezidenti Həsən Ruhanidən gəlməlidir.

Qeyd edək ki, BMT Baş Məclisi 140-dan artıq dövlət və hökumət rəhbərinə ev sahibliyi edəcək. Ötən il çıxışında Şimali Koreyanı nüvə proqramına görə təhdid edən Trampın builki hədəfinin İran olacağı gözlənilir.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR