SOCAR-ın builki Daxili Təqaüd Proqramının 2-ci mərhələsində 256 nəfər iştirak edəcək

SOCAR-ın builki Daxili Təqaüd Proqramının 2-ci mərhələsində 256 nəfər iştirak edəcək
11:38 24 Aprel 2015
147 Ölkə
Ölkə mətbuatı
A- A+



Bakı, 24 aprel, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Daxili Təqaüd Proqramına bu il ölkənin 25 ali təhsil müəssisəsindən 2 min 628 nəfər müraciət edib. Bu il proqrama müraciət edənlərin sayı 2005-ci ildən indiyə kimi ən yüksək nəticə hesab olunur. 2014-2015-ci tədris ili üzrə Daxili Təqaüd Proqramının 2-ci mərhələsində - müsahibələrdə 256 nəfər iştirak hüququ qazanıb.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu barədə şirkətin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədovun sədrliyi ilə keçirilən Daxili Təqaüd Proqramı Müsabiqə Komissiyasının iclasında məlumat verilib.
Qeyd olunub ki, istedadlı gənc neftçi mütəxəssislərin yetişdirilməsi, tələbələrin neft-qaz sənayesi sahəsində müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədilə 2005-ci ildən başlayaraq SOCAR tərəfindən Azərbaycanın ali təhsil müəssisələrinin tələbələri üçün Təqaüd Proqramı həyata keçirilir. 2014-2015-ci tədris ili üzrə Daxili Təqaüd Proqramına sənəd qəbulu 2-23 fevral 2015-ci il tarixlərində keçirilib. Bu müddətdə Azərbaycanın 25 ali təhsil müəssisəsindən müsabiqəyə 2 min 628 nəfər müraciət edib. Bildirilib ki, bu il proqrama müraciət edənlərin sayı indiyə qədər ən yüksək nəticə hesab olunur.
Proqramın şərtlərinə cavab verən 2 min 181 tələbə müsabiqənin 1-ci turuna - TQDK tərəfindən keçirilən məntiqi təfəkkürün yoxlanılması üzrə test imtahanına vəsiqə qazanıb. Aprelin 19-da test imtahanı keçirilib və 1726 nəfər imtahanda iştirak edib. İclasda ixtisas qrupları üzrə keçid balları müəyyənləşdirilib və Daxili Təqaüd Proqramının 2-ci mərhələsində - müsahibələrdə 256 nəfər iştirak hüququ qazanıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/SOCAR_in_builki_Daxili_Teqaud_Proqraminin_2_ci_merhelesinde_256_nefer_istirak_edecek-849330

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR