Ruhani İranın Hörmüz boğazını bağlaya biləcəyini istisna etməyib

Ruhani İranın Hörmüz boğazını bağlaya biləcəyini istisna etməyib
08:22 25 Sentyabr 2018
Ölkə mətbuatı
A- A+

İran prezidenti Həsən Ruhani ABŞ-ın onun ölkəsinə qarşı sanksiya siyasətini davam etdirəcəyi təqdirdə, Tehranın Hörmüz boğazını bağlaya biləcəyini istisna etməyib.

Milli.Az "Report"a istinadən bildirir ki, o bunu Amerikanın NBC telekanalına müsahibəsində deyib.

Kanal qeyd edir ki, Ruhani aparıcının "İran Hörmüz boğazını neft daşınmaları üçün bağlamaqla bağlı öz təhdidini reallaşdıracaqmı" sualına cavabında, belə bir ehtimalın istisna olmadığını bildirib.

"Əgər Birləşmiş Ştatlar sanksiyaların köməkliyi ilə İranın neft sənayesini məhdudlaşdırmaq üçün güc tətbiq etmək istəyərsə, o zaman bu, heç şübhəsiz müvafiq reaksiyaya səbəb olacaq", - deyə o bildirib.

"Bizim öz su sahəmizin təhlükəsizliyini və azadlığını təmin etmək üçün lazımi gücümüz var", - deyə Ruhani əlavə edib.

Prezidentə "bunu Donald Tramp üçün xəbərdarlıq kimi hesab etmək olarmı" deyə sual edilib.

"Bu xəbərdarlıq deyil, reallıqdır. Əgər Fars körfəzində gəmilər üçün hərəkət açıq və təhlükəsiz qalacaqsa, bu hamı üçün belə olmalıdır", - deyə Ruhani bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/688357.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR