52 yaşlı kişinin döşlərindən süd gəldi -

Keniyanın paytaxtı Nairobidə yaşayan 52 yaşlı keşişin beynindəki hormon vəzlərinə yaxın bir nöqtədə şiş aşkar edilib. Bədxassəli olmadığı söylənən şişin təsirləri xeyli ağır olaraq keşişin bütün hormonal tarazlığını pozub.

Metbuat.az Moderator.az-a istinadən xəbər verir ki, döşlərindən süd gəlməyə başlayan keşiş dəfələrlə həkimə müraciət etsə də, xəstəliyinə bir çarə tapılmayıb.

2009-cu ildə bir radio proqramına dəvət olunan keşişin xəstəliyinin “Prolaktinoma” olduğunu öyrənilib. Yenidən həkimə müraciət edən keşiş bu dəfə problemlərinə müvəqqəti həll olacaq bir həb istifadə etməyə başlayıb.

Ancaq adamın vəziyyəti 2014-cü ildə yenidən pisləşib. Həkimlər əməliyyat olunmağın vacibliyini bildirərək ona İsrail, Hindistan, ya da ABŞ-a getməsini təklif ediblər.

Əməliyyat üçün 17 min avroya ehtiyacı olan keşiş bu problemdən tam olaraq xilas olacağı günlərin gəlməsini ümidlə gözlədiyini deyib.

Çox zəki insanlar gecə yarısından sonra yatır?


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR