“Google” işçiləri “Anti-Tramp” axtarış

ABŞ prezidenti Donald Trampın müsəlmanlara, meksikalılara və mühacirlərə qarşı ayrı-seçkilik etməsi, sanksiyalar tətbiq etməsinin ən böyük axtarış sistemi olan “Google”ın dəyişiklik etməsinə səbəb olduğu iddia edilir.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, iddiaya görə, axtarış sistemi bu səbəbdən yeni “Anti-Tramp” alqoritmini yaratmaq üçün çalışır. Ancaq “Google”ın rəhbəri Sundar Piçai iddiaları təkzib edib.

Qeyd edək ki, bir müddət öncə Tramp “Google” şirkətini haqqında ancaq pis xəbərləri yaymaqda ittiham etmişdi. “Google” şirkəti isə Trampın ittihamları ilə bağlı bəyənat yayaraq bildirmişdi ki, saytda axtarış nəticələri hansısa siyasi ideologiyanın xeyrinə dəyişdirilmir və axtarış sistemindən siyasi gündəliyin müəyyənləşdirilməsi üçün istifadə olunmur.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR