Bakıda elektrik cərəyanı vuran məktəbli xəstəxanada öldü

Bakıda elektrik cərəyanı vuran məktəbli xəstəxanada öldü
12:17 24 Aprel 2015
108 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda elektrik cərəyanı vuran uşaq dünyasını dəyişib
Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, iki gün öncə elektrik cərəyanı vuran 2004-cü il təvəllüdlü İlkin Vəli oğlu Rabilov 3 saylı Şəhər Klinik Xəstəxanasında ölüb.

Polisdən V. Rabilovun 5-ci sinif şagirdi olduğu bildirilib

Qeyd edək ki, hadisə rayonun Elşən Mehdiyev küçəsi, 30 ünvanında qeydə alınıb.

İ. Rabilov evə gedərkən əlini işıq transformatoruna vurub. Nəticədə onu elektrik cərəyanı vuraraq bir neçə metr kənara atıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/336302.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR