Gürcüstandan gələn avtomobildə xeyli sayda pirotexniki vasitə aşkarlanıb

Gürcüstandan Azərbaycana keçən şəxsin avtomobilində xeyli sayda pirotexniki vasitə aşkarlanıb.

Dövlət Gömrük Komitəsindən Metbuat.az-a verilən məlumata görə, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana "Ford Tranzit 100 LD" markalı nəqliyyat vasitəsi ilə gələn Gürcüstan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.

Baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama nəticəsində, nəqliyyat vasitəsinin ön qapılarının və yan karnizinin içərisində gizlədilmiş 800 ədəd üzərində "Big Cracker" yazısı olan pirotexniki vasitə aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR