"MTV Azərbaycan" kanalının aparıcısı Aytən Leylaqızı son zamanlar mərhum aktrisa Xanım Qafarovanın qızı ilə gündəmə gələn məşhurları kəskin tənqid edib.

Milli.Az xəbər verir ki, baku.ws-ya danışan aparıcı bunları deyib:

"Sosial şəbəkələri izləyirəm və çox məyus oluram. İki il olar ki, Xanım Qafarovanın qızı Gövhərlə əlaqəm var, daim ona mənəvi və maddi dəstək olmağa çalışıram. Mən hələ İnterAz TV-də işləyəndə Uşaqların Beynəlxalq Müdafiəsi Günündə onların evinə getmişdim. Onlar "Kubinka" adlanan ərazidə kiflənmiş, nəmişlik qarajda yaşayırdılar. Evə üfunətdən girmək olmurdu.

Bu sənətçilərin, müğənnilərin, X. Qafarovanın həmkarlarının bir dəfə o qıza gedib baş çəkəndə 200-300 manatları olmayıb ki, o evi təmir etsinlər? Heç olmasa oranı o uşağa görə təmir edərdiniz. Özüm qalmaqaldan uzağam, amma daha dözə bilmədim. Şükür Allaha, hazırda o ev yaxşı vəziyyətdədir, bir nəfərdən xahiş etdim, oranı təmir etdi.

Ad çəkmək istəmirəm. Bütün sənətçilərə hörmət edirəm, amma sıx əlaqəm yoxdur. Siz axı necə Xanım Qafarovanın qızından danışırsınız, nə əldə edirsiniz? Bu qədər reklam etməyə ehtiyac yoxdur. Heç yaxşlıq da etmirlər, amma bütün günü özlərini reklam edirlər.

Adını bilmədiyim bir aktrisa var. Deyib ki, Gövhəri mən övladlığa götürmüşəm, o, mənim ikinci qızımdır. İkinci qızındırsa, gedib onun evini düzəldərdin. Bir müğənni də bu yaxınlarda Gövhəri konsertinə dəvət etmişdi. Konsertdə səhnəyə çıxartdı ki, X. Qafarovanın qızı da buradadır. Onu konsertə dəvət etməkdənsə, evini təmir edərdin.

Sözümü səhv anlamsınlar. Mən Gövhərin "BizimləSən" verilişində əməkdar artist Tünzalə Əliyevaya yardım etməsini nəzərdə tutmuram. Ürəyi istəyib gedib. Tünzalə özü də sevindi onun gəlişinə.

Nənəsinin 80-dən çox yaxşı var və bu yaxınlarda dəri xəstəliyinə tutulmuşdu. O qadını görsəydiniz, oturub ağlayardınız, üzünü bütün yara basmışdı. Müalicə olundu, üzü təmizləndi. İki bala itkisi yaşayan insandı. Nə qədər ömrüm varsa, onun yanında olacağam. Biri gedib ona baş çəkmədi.

Allah göydən baxır. Düşünməsinlər ki, özümü reklam edirəm. 4 il olar ki, X. Qafarova rəhmətə gedib, amma evini bu illər ərzində düzəldən olmayıb.

Millət vəkili Qənirə Paşayeva sağ olsun, imkanlı şəxslərə müraciət etdi və həmyerlimiz Mübariz Mənsimov ailəni evlə təmin etdi. Onlarını zəhmətini danmaq olmaz. Düzdür, onların yeni evi var, amma orada arada qalırlar. Qeyd etdiyim kimi, Gövhərin nənəsi yaşlıdır və ora köçsələr Gövhəri məktəbə aparan olmayacaq, elə məktəb də uzaq olacaq. İndiki yaşadıqları evdə isə qonşular onlara əllərindən gələn köməyi əsirgəmirlər".

Xatırladaq ki, bir müddət əvvəl aktrisa Leyla Hümmətova Xanım Qafarovanın qızını və anasını ziyarət etmişdi, müğənni Xatirə İslam isə onu Yaşıl Teatrdakı konsertinə dəvət etmişdi.

Milli.Az