[ 24 Aprel 2015 13:07 ]
Bakı. Fuad Cəfərov – APA. Ötən gün Azərbaycanda 6 nəfər zəhərlənib.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, aprelin 23-də Şabran rayonunun Qorgan kəndində yaşayan Mehman Tahirov, arvadı İlahə və qızı Mənzurə evlərindən qidadan (balıqdan), Gəncə şəhərində yaşayan Rusiya Federasiyası vətəndaşı Fəridə Nəsibova dəm qazından, Xəzər rayonunun Türkan qəsəbə sakini Əfsanə Balayeva, Xırdalan şəhərində yaşayan Aynur Məlikova dərmandan zəhərlənmə ilə xəstəxanalara gətiriliblər.