Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib

14:02 24 Aprel 2015
34 Digər
Ölkə mətbuatı
A- A+

[ 24 Aprel 2015 13:54 ]


Bakı. Fuad Cəfərov – APA. Baş prokuror Zakir Qaralov aprelin 24-də Ağdaş rayon Prokurorluğunun inzibati binasında Mingəçevir şəhəri, Yevlax, Bərdə, Ağdaş, Ucar və Zərdab rayonlarından olan vətəndaşları qəbul edib.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda baş prokuror bölgədə yaşayan 20 vətəndaşın müraciətlərində qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlərin qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verib.

Vətəndaşların ərizə və şikayətlərində qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, eyni zamanda prokurorluğun fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərin araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/381042

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR