Rusiya yığmasının və "Lokomotiv" klubunun futbolçusu Fyodr Smolov əməliyyat olunub.

Milli.Az Report-a istinadən xəbər verir ki, sentyabrın 26-da "Baltik" ilə Rusiya Kubokunun 1/16 final matçında rəqib futbolçu ilə toqquşduğu üçün körpücük sümüyü zədələnən 28 yaşlı forvard İtaliyanın paytaxtı Romada əməliyyat keçirib.

Onun bərpa prosesinin 30 - 40 gün çəkəcəyi bildirilir.

Qeyd edək ki, bu ilin yayında 9 milyon avro qarşılığında "Krasnodar"dan "Lokomotiv"ə keçən Smolov Rusiya Futbol İttifaqı tərəfindən 2017/18 mövsümünün ən yaxşı futbolçusu seçilib.

Milli.Az