“Şahinlər” hərbi idman və turizm oyunlarının Bakı şəhəri üzrə zona mərhələsi keçiriləcək

14:38 24 Aprel 2015
172 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 24 aprel, AZƏRTAC
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) aprelin 25-də Cəmşid Naxçıvanski adına Hərbi Liseydə “Şahinlər” hərbi idman və turizm oyunlarının Bakı şəhəri üzrə zona mərhələsini keçirəcək.
BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, yarışda paytaxtın 11 rayonunun komandası ilə yanaşı, Zəngilan, Şuşa və Laçın rayonlarının ümumtəhsil məktəblərinin kollektivləri də mübarizə aparacaq.
“Şahinlər” hərbi idman və turizm oyununun keçirilməsində məqsəd gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsinə, şagirdləri hərbi idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına töhfə verməkdir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sahinler_herbi_idman_ve_turizm_oyunlarinin_Baki_seheri_uzre_zona_merhelesi_kechirilecek-849405

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR