"Elektron hökumət” portalı üzərindən təqdim edilən elektron CV-lər daha etibarlı olacaq

"Elektron hökumət” portalı üzərindən təqdim edilən elektron CV-lər daha etibarlı olacaq
14:06 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Elektron hökumət” portalı üzərindən təqdim edilən elektron CV-lər daha etibarlı oHamıya məlumdur ki,  yaxşı və dürüst tərtib olunmuş CV ilə iş üçün müraciət etdikdə nəticənin də müsbət olması ehtimalı daha çox olur. Bu faktdır ki, bəzi CV-lər həqiqətən də diqqət çəkir, bəziləri isə cavabsız qalır. Ona görə də, insanlar bu vacib işə saatlarını, hətta günlərini sərf edirlər. CV hazırlayarkən hansı göstəriciləri qeyd edək, professional vərdişlər  yoxsa işgüzarlıq səviyyəsi, necə edək ki, müsahibəyə məhz bizi dəvət etsinlər deyə hər kəs düşXüsusilə özünə ilk iş yeri axtaranlar üçün bu proses daha çətin olur. Eyni zamanda işəgötürən müəssisələrin və şirkətlərin aidiyyatı strukturları bəzən CV-lərdəki məlumatların dürüst olmadığının şahidi olurlar ki, bu da hər iki tərəfin lüzumsuz vaxt itkisinə gətirib çıxarır.

Tezliklə “Elektron hökumət” portalının təqdim edəcəyi “Elektron CV xidməti” sayəsində bu problem əsaslı şəkildə həll olunacaq.

Bu CV-ləri hər kəs portalda aidiyyatı elektron xidmətə daxil olmaqla işləmək arzusunda olduğu istənilən müəssisəyə elektron şəkildə təqdim edə biləcək. Bu CV-lər işə qəbul olmaq istəyənlərlə yanaşı işəgötürənin də işini xeyli asanlaşdıracaq. 

Bir necə dövlət qurumunun İnformasiya Sistemindən istifadə edilərək yaradılacaq elektron CV-lər obyektiv, dəqiq, ətraflı olmaqla bərabər, işəgötürənin  qiymətləndirmədə yanılma riskini də minimuma endirəcək. 


Elektron CV-də şəxs haqqında aşağıdakı məlumatlar öz əksini tapacaq:

 *    Daxili İşlər Nazirliyinin İnformasiya Sisteminə əsasən

    Vətənadşın soyadı, adı və ata adı


     Fotoşəkli

     İmzasının fotosurəti

    Şəxsiyyət vəsiqəsinin seriya, N-si, FİN-i

    Doğulduğu yer

    Hazırda qeydiyyatda olduğu yer

    *     Tələbə Qəbulu Dövlət Komisiyasının İnformasiya Sisteminə əsasən

    Vətənadşın soyadı, adı və ata adı

    Vətəndaşın doğum tarixi və qəbul olduğu tədris ili

    Qəbul üçün əsas

    Təhsil müəssisəsinin adı

    Təhsilin dövlət hesabına və ya ödənişli əsaslarla olması barədə məlumat

    Təhsil səviyyəsi

     İxtisasın şifri, adı və təhsilalma forması

    Təhsil üzrə cari vəziyyət


    Diplomum seriya, nömrəsi və qeydiyyat nömrəsi

    Diplomun verilməsi haqqında əmrin tarixi

    Diplomun növü

    *     Əgər şəxs əvvəllər işləyibsə, ƏƏSMN-nin və DFSMF-nin İnformasiya Sistemlərinə əsasən
    İş yeri,

    Vəzifəsi,

   Son illər və aylar üzrə əmək haqları barədə məlumat və s.

Qeyd edirik ki, bu elektron xidmət nəticəsində həm də saxta diplomlardan istifadə halları birmənalı olaraq aradan qalxmış olacaq.




Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-36394-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR