Quilmes Milli Universitetinin rektoru BDU-da (FOTO)

Quilmes Milli Universitetinin rektoru BDU-da (FOTO)
15:33 24 Aprel 2015
31 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 24 aprel /Trend/

Quilmes Milli Universitetinin rektoru doktor Mario Lozano Bakı Dövlət Universitetində (BDU) olub.

BDU-nun Mətbuat və informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, universitetin tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, professor İradə Əliyeva qonağa universitet haqqında məlumat verib, aparılan uğurlu təhsil islahatlarından danışıb, universitetin yaranma və inkişaf tarixindən, beynəlxalq əlaqələrindən bəhs edib. Qloballaşan dünyada vahid təhsil sisteminə inteqrasiyanın əhəmiyyətini vurğulayan prorektor bunun reallaşması istiqamətində universitetlərarası əməkdaşlığın önəmini xüsusilə qeyd edib.

Quilmes Milli Universitetinin rektoru doktor M.Lozano, öz növbəsində, təmsil etdiyi ali məktəb haqqında məlumatı görüş iştirakçılarının diqqətinə çatdırıb, son illər Argentina ilə Azərbaycan münasibətlərin dərinləşməsinin müşahidə olunduğunu bildirib. Bu baxımdan universitetlərarası əməkdaşlığın daha da genişlənməsinə ehtiyac olduğunu vurğulayıb.

Görüşdə Biologiya fakültəsinin dekanı, professor Akif Quliyev və Mikrobiologiya kafedrasının müdiri, professor Xudaverdi Qəmbərov iştirak edib.

Sonda qonaqlar universitetlə yaxından tanış olmaq məqsədilə laboratoriyalar, Heydər Əliyev muzeyi, Elektron Tədris Mərkəzində olublar.

Qeyd edək ki, rektor M.Lozano 20-dən artıq elmi xülasənin müəllifi, bununla yanaşı, konqres, universitet və müəssisələrdə 114 konfransın təşkilatçısıdır. Həmçinin Argentina Mikrobiologiya Assosiasiyası Cəmiyyətinin, Tətbiqi Biokimya Cəmiyyətinin və Virusologiya Cəmiyyətinin idarə heyətinin üzvüdür.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2387675.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR