Ağstafa rayonunda firma əməkdaşını qətlə yetirən şəxsin məhkəməsi başa çatıb.

Milli.Az report-a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Sevindik Əzizovun sədrliyi ilə keçirilən məhkəmədə ötən il Ağstafa rayonunda qətl törədən Gəncə şəhər sakini, 1981-ci il təvəllüdlü Elçin Məmməd oğlu Mustafayevə hökm oxunub. Məhkəmənin qərarı ilə Cinayət Məcəlləsinin 120.1 və 185.1-ci maddələri ilə təqsirli bilinən E.Mustafayev 14 il 6 ay azadlıqdan məhrum edilib.

Qeyd edək ki, E.Mustafayev ötən il Ağstafa rayonunun Xətai kənd ərazisində tamah məqsədi ilə "Embawood" firmasının əməkdaşı, Gəncə şəhər sakini, 1977-ci il təvəllüdlü Samir Fikrət oğlu Əliyevi bıçaqlayaraq qətlə yetirib daha sonra ona məxsus "VAZ-2104" markalı avtomobildə olan malları götürərək avtomobili yandırıb və hadisə yerindən qaçıb.

Milli.Az