Argentinanın Quilmes Milli Universitetinin rektoru Bakı Dövlət Universitetində

Argentinanın Quilmes Milli Universitetinin rektoru Bakı Dövlət Universitetində
15:33 24 Aprel 2015
27 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 24 aprel, AZƏRTAC 
Argentinanın Quilmes Milli Universitetinin rektoru, doktor Mario Lozano Bakı Dövlət Universitetində (BDU) olub.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə bu ali məktəbin tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, professor İradə Əliyeva qonağa universitetdə aparılan uğurlu təhsil islahatlarından, yaranma və inkişaf tarixindən, beynəlxalq əlaqələrindən söz açıb.
Qloballaşan dünyada vahid təhsil sisteminə inteqrasiyanın əhəmiyyətini vurğulayan prorektor bunun reallaşması istiqamətində universitetlərarası əməkdaşlığın önəmini xüsusilə qeyd edib.
Quilmes Milli Universitetinin rektoru, doktor Mario Lozano təmsil etdiyi ali məktəb barədə məlumat verib. O, son illər Argentina ilə Azərbaycan münasibətlərin dərinləşməsinin müşahidə olunduğunu bildirib. Bu baxımdan, universitetlərarası əməkdaşlığın daha da genişlənməsinə ehtiyac olduğunu vurğulayıb.
Sonra qonaq universitetin laboratoriyaları, Heydər Əliyev Muzeyi, Elektron Tədris Mərkəzi ilə tanış olub.
Qeyd edək ki, rektor Mario Lozano 20-dən artıq elmi xülasənin müəllifi, konqres, universitet və müəssisələrdə 114 konfransın təşkilatçısıdır. Eyni zamanda, Argentinanın Mikrobiologiya Assosiasiyası Cəmiyyətinin, Tətbiqi Biokimya Cəmiyyətinin və Virusologiya Cəmiyyətinin idarə heyətinin üzvüdür.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Argentinanin_Quilmes_Milli_Universitetinin_rektoru_Baki_Dovlet_Universitetinde-849427

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR