Hacıqabul rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, Bakı-Qazax magistral yolunun rayonun Qarasu kəndindən keçən hissəsində 1995-ci il təvəllüdlü Hüseyn Əliyev sürdüyü “Volksfagen” markalı avtomobilin idarəetməsini itirib. Nəticədə maşın yolun ortasındakı beton maneəyə çırpılandan sonra sağ tərəfdəki əraziyə aşıb. Qəza zamanı gənc sürücü müxtəlif dərəcəli xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Qeyd edək ki, qəzada yaralanan sürücü ədliyyə leytenantıdır.

Nizam Rza