Türklərə arxadan zərbə

Türklərə arxadan zərbə
16:56 24 Aprel 2015
68 Digər
Ölkə mətbuatı
A- A+

Almaniya prezidenti Yoahim Qaukdan sonra bu gün Federal Məclis sədri Lammert parlamentdə keçirilən anma konfransında 1915-ci ildə baş verən hadisələri "soyqırım" kimi dəyərləndirib.

ANS PRESS-in məlumatına görə, müzakirələrdə hökumət və müxalifət nümayəndələri açıqlamalarında bu ifadədən istifadə ediblər.

Türkiyənin "Hürriyyət" qəzeti yazır ki, Almaniyada prezident, parlament sədri, hökumət və müxalifət 1915-ci il hadisələrini ilk dəfə çox açıq şəkildə rəsmən "soyqırım" olaraq adlandırdılar. Ancaq natiqlər məqsədlərinin Türkiyəyə dərs ya da ağıl vermək olmadığını, tam tərsinə türklərlə ermənilərin barışmasına kömək etmək olduğunu qeyd ediblər.

Beləliklə, Bundestaqın xarici işlər komissiyasına 3 təklif göndərilib. Məclisə gələcək yeni təklifdə 1915-ci il hadisələrinin "soyqırım" kimi qəbul olunması gözlənilir.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=340219

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR