Ağsuda Çernobl əlilləri ilə görüş keçirilib

17:03 24 Aprel 2015
93 Ölkə
Ölkə mətbuatı
A- A+


Ağsu, 24 aprel, AZƏRTAC
Çernobl qəzasının ildönümü ərəfəsində Ağsu şəhərindəki Veteranlar evində bu dəhşətli faciənin acısını indi də yaşayan insanların iştirakı ilə toplantı keçirilib.
AZƏRTAC xəbər verir ki, çay süfrəsi arxasında keçirilən toplantıda Ağsudan olan 38 nəfər Çernobl əlili, habelə ağsaqqallar və gənclər iştirak ediblər.
Rayon icra hakimiyyəti başçısının müavini Sevil Mirzəliyeva, aparatın məsul işçisi Mirqubat Orucov, “Çernobl əlilləri” İttifaqının Şamaxı, Qobustan və Ağsu rayonlararası ictimai birliyinin sədri Tahir Məmmədov çıxış edərək, 1986-cı il aprelin 26-da Ukraynadakı Çernobl atom elektrik stansiyasının 4-cü enerji blokunda baş verən dəhşətli qəzadan və onun acı nəticələrindən danışıblar. Bildirilib ki, AES-də baş verən partlayış nəticəsində ərazi xarabazara çevrilib, 100 minlərlə insan radioaktiv şüalanmaya məruz qalıb.
Çernobl qəzasının nəticələrinin aradan qaldırılmasına əsasən gənclərdən ibarət, heç bir lazımi hazırlıq keçməyən, radiasiya-gigiyena barədə bilgisiz olan 7 min nəfər azərbaycanlı da cəlb edilib. Onlardan da 2000 nəfəri şüalanmadan dünyasını dəyişib. Qalanları isə ömürlük əlil olub.
II qrup Çernobl əlilləri Adışirin İbadov və Vəli Mirzəyev tədbirdə çıxış edərək öz xatirələrindən, faciənin dəhşətlərindən bəhs ediblər.
Sonda Çernobl əlillərinə rayon icra hakimiyyəti tərəfindən qiymətli hədiyyələr verilib.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Agsuda_CHernobl_elilleri_ile_gorus_kechirilib-849478

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR