Azərbaycanda oynayan ən bahalı futbolçular

Azərbaycanda oynayan ən bahalı futbolçular
17:41 24 Aprel 2015
231 İdman
Ölkə mətbuatı
A- A+

Premyer Liqanın ən bahalı futbolçuları siyahasında dəyişikliklər olub. ANS PRESS-in məlumatına görə, "Transfermarkt" oyunçuların yeni qiymətlərini açıqlayıb.

Son siyahıda 2,5 milyon avro dəyəri olan Premyer Liqamızın ən bahalı oyunçusu Danilo Diasın qiyməti 1,2 milyona düşüb. Buna baхmayaraq, "Qarabağ"ın braziliyalı üzvü yenə siyahıya başçılıq edir.

Ötən siyahı 2 milyon avro ilə ikinci olan "İnter"in holland ulduzu Ruben Şaken dəyərinin tam yarısını itirib. Bundan sonra 100 min avro ucuzlaşan Riçard Almeyda ikinci pilləni ələ keçirib.

Onları "Qarabağ"dan - Reynaldo Silva, Dmitri Bezotosnı və Ruben Şaken qapayır. Reynaldo qiymətini 300 min avro artırıbsa, Dmitri 700 min, Şaken 1 milyon avro "itirib".

"Simurq"dan Draqan Çeran qiymətini 150, "Qarabağ"dan İbrahim Şehiç 100 min artıraraq ən bahalı 25 futbolçu arasına düşüb.

"Xəzər Lənkəran"dan Manuel Skarlatakenin dəyəri 500 (hazırkı qiyməti 500 min avro), Alfred Sankonun dəyəri 400 (500 min), "Neftçi"dən Saşa Stamenkovçin dəyəri isə 300 min avro azalıb. Hər 3 futbolçu "25-lik"dən çıхıb.


Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=11&nid=340230

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR