“Təmiz Şəhər”in əməkdaşları talassemiyadan və hemofiliyadan əziyyət çəkənlərə qan veriblər

“Təmiz Şəhər”in əməkdaşları talassemiyadan və hemofiliyadan əziyyət çəkənlərə qan veriblər
18:02 24 Aprel 2015
50 Digər
Ölkə mətbuatı
A- A+

[ 24 Aprel 2015 17:54 ]


Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən “Talassemiyasız həyat naminə” Proqramına dəstək məqsədi ilə “Təmiz Şəhər” ASC-nin əməkdaşları bu gün qanvermə aksiyası keçiriblər.

 

“Təmiz Şəhər”in mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda keçirilən aksiyada Qan Donorları Assosiasiyasının və Azərbaycan Talassemiya Federasiyasının nümayəndələri iştirak edib.

 

8 may Beynəlxalq Talassemiya Günü ilə əlaqədar “Təmiz Şəhər” ASC-nin rəhbərliyi və səhmdar cəmiyyətin kollektivi qan verərək talassemiyadan və hemofiliyadan əziyyət çəkən şəxslərə dəstək olublar. Aksiyada “Təmiz Şəhər”nin 200-ə yaxın əməkdaşı iştirak edib. Aksiya çərçivəsində toplanmış qan Mərkəzi Qan Bankına təhvil verilib.

 

Bu il “Talassemiyasız həyat naminə” Proqramının 10 ili tamam olur. “Təmiz Şəhər” hər il belə aksiya keçirərək proqrama qoşulur və qan xəstəliklərindən əziyyət çəkənlərə dəstək olur. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/381105

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR