Azərbaycanda ipoteka istiqrazlarına tələbat azalıb

Azərbaycanda ipoteka istiqrazlarına tələbat azalıb
18:23 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir Azad Həsənli/

Aprelin 24-də 3 milyon manat məbləğində aparılmış sonuncu yerləşdirmə çərçivəsində Azərbaycanda ipoteka istiqrazlarına tələbat təkliflərin həcmini 2,6 faiz üstələyib.

İndiyədək Azərbaycan Mərkəzi Bankı (AMB) yanında Azərbaycan İpoteka Fondunun (AİF) kağızlarına tələbat yerləşdirmənin həcmini bəzən bir neçə dəfə üstələyib.

Trend-in Bakı Fond Birjasına (BFB) istinadən verdiyi məlumata əsasən, sifarişi 2 birja üzvü təqdim edib. Sifarişin ümumi məbləği nominal üzrə 3 078 000 manat təşkil edib.

Sifariş 100,8417% qiymətdə təqdim edilib. İstiqraz vərəqələrinin ödəmə tarixi 21 noyabr 2024-cü ildir.

Bu gün BFB-də AİF-in faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının 3 milyon manatlıq hissəsinin yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2387775.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR