Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) "Azərbaycan dilinin orfoqrafiya qaydaları" layihəsini Nazirlər Kabinetinə təqdim edib.
Milli.Az xəbər verir ki, bunu report-a açıqlamasında AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu məlumat verib.
O bildirib ki, layihənin son variantı 62 maddədən ibarətdir: "Maddələrin hamısı yeni deyil, bəzi maddələr dəyişib".
Qeyd edək ki, bir neçə aydır aparılan Orfoqrafiya qaydaları layihəsi ilə bağlı müzakirələrə sentyabr ayının 13-də keçirilən Orfoqrafiya Komissiyasının iclasında yekun vurulub. Nazirlər Kabineti layihəni təsdiqləyəndən sonra yeni orfoqrafiya qaydaları qüvvəyə minəcək.
Milli.Az