Özünü vəzifəli şəxs kimi təqdim edən vətəndaşın qanunsuz əməlləri ifşa olunub

18:53 24 Aprel 2015
33 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 24 aprel, AZƏRTAC
Hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiəsinin təmini sahəsində korrupsiyaya qarşı mübarizə tədbirləri davam etdirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən daxil olmuş material üzrə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində aparılmış araşdırmalar nəticəsində Yevlax rayon sakini Həsən Əliyevin özünü Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının məsul əməkdaşı kimi təqdim edərək Ağdaş rayon sakininin övladını Penitensiar Xidmətin Şəki penitensiar müəssisəsinə işə qəbul etdirəcəyini vəd edərək 4 min 500 manat məbləğində pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməsində şübhələr üçün əsaslar müəyyən olunduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ozunu_vezifeli_sexs_kimi_teqdim_eden_vetendasin_qanunsuz_emelleri_ifsa_olunub-849537

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR