"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən "Vorskla"nınn əsas futbolçusu Aleksandr Kobaxidze çiynindən əməliyyat olunub.
Milli.Az xəbər verir ki, gürcüstanlı yarımmüdafiəçi yaşıl meydanlara gələn ilin əvvəlində dönə bilər.
Qeyd edək ki, "süvarilər"in "Vorskla"ya qarşı oyunları oktyabrın 25-də Bakı Olimpiya Stadionunda, cavab görüşü noyabrın 8-də Poltavada olacaq.
Milli.Az