Qvardiola püşkü dəyərləndirdi

Qvardiola püşkü dəyərləndirdi
21:36 24 Aprel 2015
33 İdman
Ölkə mətbuatı
A- A+

"Bavariya"nın baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasında yarımfinal mərhələsinin püşkünü dəyərləndirib.

ANS PRESS-in məlumatına görə, ispaniyalı mütəxəssis yarımfinalda sabiq komandası "Barselona" ilə qarşılaşmalarının onun üçün xüsusi əhəmiyyət daşıdığını deyib:

"Bilirdim ki, gec-tez bu, baş verəcək. Mən "Barselona"da həm oyunçu, həm də məşqçi olmuşam. Bu baxımdan onlarla qarşılaşma mənim üçün xüsusi əhəmiyyət kəsb edəcək. Püşkdən razıyam. Mənim üçün yaxşı təcrübə olacaq. Gözəl və çətin oyun keçəcək. "Barselona" güclü komandadır. Luis Enrike həm yaxşı məşqçi, həm də gözəl insandır. Təbii ki, finala çıxmaq üçün çalışacağıq".

Qeyd edək ki, 44 yaşlı mütəxəssis 2008-2012-ci illərdə "Barselona"nı çalışdırıb.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=11&nid=340282

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR