Bu qəsəbəyə maaşlı işləyəcək

Rusiyanın Kalininqrad bölgəsində yerləşən kiçik bir qəsəbə olan Zelyonoqradskda hər yerdə rast gəlinməyəcək bir iş üçün elan verilib.

Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, qəsəbə rəhbərliyi yaşayış ərazisindəki onlarla pişiyin davamlı olaraq doyurmaq məqsədilə“pişik şefi” tapmaq üçün elanlar verib.

İş üçün 80-ə yaxın adam müraciət etsə də, qəsəbə sakinləri bu iş üçün doğulduğundan bəri Zelyonoqradskda yaşayan Svetlana Loqunovanı seçib.

“Pişik şefi” vəzifəsinə gətirilməzdən əvvəl Loqunova illərdir velosipedi ilə qəsəbəni gəzərək küçə pişiklərini bəslədiyini bildirib. Bu səbəblə qəsəbə sakinləri bu iş üçün Loqunovdan daha yaxşısı olmadığını düşünüb.

Qəsəbə rəhbərliyi vəzifəsində tanınması üçün “pişik şefi” Loqunovaya velosiped, yaşıl kostyum və bir papaqdan ibarət uniforma da verib.

Zelyonoqradskda bütün küçə pişiklərini doyurmaq üçün qəsəbə büdcəsindən 5700 rubl ayrıldığı bildirilib.

Loqunova isə işin ona verilməsindən çox şad olduğunu deyib.


https://metbuat.az/news/1041847/sabalidi-bisirerke...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR