Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gedib

Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gedib
14:27 19 Oktyabr 2018
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İzmir şəhərində "Star" neft emalı zavodunun açılış mərasimində iştirak etmək üçün oktyabrın 19-da Türkiyə Respublikasına işgüzar səfərə gedib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı İzmir şəhərinin Adnan Menderes adına hava limanında dövlətimizin başçısını yüksək vəzifəli rəsmi şəxslər qarşıladılar.

Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlətimizin başçısı türk əsgərlərini salamladı.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/696062.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR