“Star” Neft Emalı Zavodu Azərbaycan və Türkiyə iqtisadiyyatına mühüm töhfələr verəcək.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şəfəq” qəzeti yazıb.

Qəzet qeyd edir ki, hər şeydən öncə zavodda 1100 insan işlə təmin olunacaq.

“Bu zavod Türkiyənin neftə olan tələbatında yaranmış boşluğu dolduracaq. Zavodda istehsal olunacaq dizel, təyyarə yanacağı və digər məhsullar ticarətdəki 1,5 milyard dollarlıq açığı qapayacaq”.

Qəzet qeyd edir ki, Azərbaycan bu zavodun fəaliyyətindən iqtisadi gəlirlər əldə edəcək.

Asif