Bakı, 25 aprel, Gülnar Bəşirova, AZƏRTAC
"Azərbaycan Hava Yolları" QSC may ayından etibarən mövsümi aviareyslərə başlayacaq. “Azərbaycan Hava Yolları” QSC-nin prezidentinin köməkçisi, xidmət rəisi Məhərrəm Səfərli AZƏRTAC-a bildirib ki, uçuşlar Türkiyənin Antalya, Bodrum və İzmir kurort şəhərləri istiqamətində gerçəkləşdiriləcək.
M. Səfərli əlavə edib ki, Bakı-Antalya-Bakı reysi mayın sonundan, Bakı-Bodrum-Bakı, Bakı-İzmir-Bakı reysləri isə iyun ayından etibarən start götürəcək.