Şəmkir, 25 aprel, AZƏRTAC
Şəmkirdə Böyük Vətən Müharibəsi veteranları tibbi müayinədən keçirilib.
AZƏRTAC xəbər verir ki, mərkəzi rayon xəstəxanasının və rayonda fəaliyyət göstərən gənc həkimlər birliyinin təşəbbüsü ilə həyata keçirilən aksiya zamanı 31 veteran mərkəzi rayon xəstəxanasında, 2 nəfərə isə səyyar həkim briqadasının iştirakı ilə öz evində müayinə olunub.
Göstərilən diqqət və qayğıya görə veteranlar ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.