Bu ilin yanvar-avqust aylarında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 770,9 milyon dollar təşkil edib.
Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Çəlumata görə, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 42,3% çoxdur.
Hesabat dövründə Azərbaycandan bu ölkəyə 658,8 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib. Azərbaycanın Gürcüstandan idxalının dəyəri isə 112 milyon dollar olub.